Moderator.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov öz “facebook” səhifəsində “Nida”çı gənclərə verilən ağır həbs cəzasına münasibət bildirib:
Bu gün Bakı
Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əlisultan Osmanov, Eldar İsmayılov və
Cavid Hüseynovun sədrliyi ilə Zaur Qurbanlıya 8 il, Rəşadət Axundova 8 il,
Rəşad Həsənova 7 il 6 ay, Məmməd Əzizova 7 il 6 ay, İlkin Rüstəmzadəyə 7 il,
Bəxtiyar Quliyevə 7 il, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs
cəzası verilib.
Dünən isə dövlət cinayəti olan mandat alverində,
milyon dollar rüşvət almaqda ittiham olunan Gülər Əhmədova məhkəmə zalında
həbsdən azad olundu, Ramiz Mehdiyevin oğlu da
FHN-nin müavini təyin olundu.
Bu
müqayisəni heç də təsadüfi saymıram. "NİDA"çılar demokratik düşüncəli
(qərbyönlü), digər iki nəfər isə avtoritar düşüncəli (Rusiyapərəst) şəxslərdir.
Nəticə odur ki, hakimiyyət nə qədər bizi inandırmağa çalışsa da, hələ ki,
Azərbaycanda söz sahibi Rusiyadır!
Bir məqamı da qeyd etməyə bilmərəm. Dünən bütün günü hakimiyyət
KİV-ləri Gülər Əhmədova ilə kiçik oğlunun görüşməsi epizodunu tirajlamaqla
hakimiyyətin humanistliyini vurğulayırdılar. İstənilən azyaşlı körpənin
valideyninə qovuşmasının tərəfdarıyam. Ancaq doğrudan da hakimiyyət belə
humanistdirsə onda Rəşadətin 1 yaşlı körpə oğlunu üzünü görmədiyi atası ilə
görüşməsi daha humanist addım olardı".
P.S. Bu gün saxta ittihamlarla 8 illik həbs cəzası alan Rəşadın
1 yaşlı oğlu Araz.



































































































