Vüqar Səfərlinin məhkəməsində dava düşdü: \

Vüqar Səfərlinin məhkəməsində dava düşdü: \"Kişiliyin olsun, düzünü danış\"

Hazırda oxunan: Vüqar Səfərlinin məhkəməsində dava düşdü: \"Kişiliyin olsun, düzünü danış\"

45616

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ədalət Vəliyev ifadə verib. O qeyd edib ki, "Portos" MMC-nin direktoru kimi baş verənlərdən xəbəri olmayıb.

"Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əməkhaqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur", deyə Ə.Vəliyev vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərlinin daha bir fırıldaqçılığı üzə çıxdı – Parket əvəzinə laminat...


Təqsirləndirələn şəxs latın qrafikasında yazıb-oxuya bildiyini də qeyd edib.

Digər təqsirləndirilən şəxs Namiq Hacıyev isə Ədalət Vəliyin yalan danışdığını bildirib:

"Niyə yalan danışırsan? Kişisən, düzünü danış. Niyə hər şeyi gizlədirsən? Əgər heç nədən xəbərim yox idisə, 32 milyon dəymiş ziyanı istintaqda necə ödəmisən? Əgər iki ay maaş almısansa, 32 milyon manatı necə ödəmisən? Mənim 65 yaşım var, çürüyürəm burada. Əgər sən yazıb-oxuya bilmirdinsən, iki dəfə ASAN xidmətə gedib sənədlər imzalamısan, onu necə etmisən? Kişiliyin olsun, düzünü danış".

Ə.Vəliyev isə deyib ki, istintaqa onun adından 1 milyon manat ödənilib və bir yaşayış binası verilib.

Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs Namiq Hacıyev bildirib ki, "Portos" MMC-də sahə rəisi işləyib:

"İstintaqdakı ifadəni təsdiqləmirəm. Jurnalistlər üçün tikilən binaya parket əvəzinə laminat vurulmasının səbəbini açıqlayım. Bizə binanın tikintisi üçün yalnız bir blok üçün armatur və beton vermişdilər.
 

Digər bina üçün materiallar verilmədi. Biz də bunu kompensasiya etmək üçün parketi laminatla əvəzlədik. Sifarişçi belə dedi, biz də belə elədik. Bu, sifarişçinin istəyinə uyğun edildi".


Qeyd edək ki, məhkəmə prosesi gələn həftə davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO