Ucarlı hamilə qadın Göyçayda itkin düşdü - FOTO

Ucarlı hamilə qadın Göyçayda itkin düşdü - FOTO

Hazırda oxunan: Ucarlı hamilə qadın Göyçayda itkin düşdü - FOTO

45564

Göyçay rayonu ərazisində avtomobildən düşərək naməlum istiqamətə gedən qadının kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, Ucar rayonu Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Şıxıyeva ailə üzvləri ilə birgə, qaynının avtomobilində İsmayıllı rayonuna, həyat yoldaşının nənəsigilə qonaq gedirmiş. 

Bir uşaq anası olan və hazırda ikinci uşağa hamilə olan N. Şıxıyeva İsmayıllıdan geri qayıdarkən Yuxarı Şirvan kanalının yanında qaynının avtomobilindən düşərək naməlum istiqamətə gedib.

Hazırda həyat yoldaşı Rusiyada olan qadının hamiləliklə əlaqədar nevroloji problemlərinin olduğu bildirilir.

Onun tapılması üçün Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO