Gəncədə silsilə oğurluq edən azyaşlılar SAXLANILDI - FOTO

Gəncədə silsilə oğurluq edən azyaşlılar SAXLANILDI - FOTO

Hazırda oxunan: Gəncədə silsilə oğurluq edən azyaşlılar SAXLANILDI - FOTO

45541

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən azyaşlılar saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan 3500 manata yaxın nağd pul oğurlayıblar. 

Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO