"İstanbulda bir restoran var. Çox böyük və həmişə yer qıtlığı olan məkandır. Türkülər ifa olunan tarixi yerdir. Orda olarkən diqqətimi bir məqam çəkdi. Müştərilərin yer tapmadığı məkanda bir masa tamamilə boş vəziyyətdə idi. Heç kim yaxınlaşmırdı bu masaya".
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Ailə Neft Məktəbinin rektoru Elman Qasımov Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Atatürkü belə yad etdi - FOTO
Onun sözlərinə görə, bu masada vaxtilə Atatürk əyləşdiyi üçün, türklər onun xatirəsinə hörmət əlaməti olaraq, masanı boş saxlayır.
"Qonağı olduğum, yaxın dostum Mustafa Aydından (İstanbul Aydın Universitetinin qurucu rektorudur) bu məsələni soruşdum. Cavabı məni çox təsirləndirdi. Məlum oldu ki, vaxtilə Atatürk bu məkana gəlib həm yemək yeyər, həm də türkülərə qulaq asarmış. 1938-ci il noyabrın 10-da Böyük Atatürk gözlərini əbədi yumduqdan sonra onun əyləşdiyi masa sonsuza qədər rezerv edilmişdir".
Elmar Qasımov həmçinin qeyd edib ki, Türkiyədə hər addımda Atatürkə olan sonsuz məhəbbəti, sevgini hiss etmək mümkündür:
"Atatürkün ölümündən sonra qurduğu yeni Türkiyə, yaratdığı Türk Ordusu, müasir təhsil, səhiyyə sistemi qaldı. Atatürk, dünyanın ən böyük islahatçı lideri idi. Ən əsası Atatürkdən sonra Qədirbilən, Sadiq və Qəhrəman Türk Milləti qaldı. O Millət ki, bu gün də deyir:
“Atam, xidmətindəyik”.
Allah Mustafa Kamal Atatürkə rəhmət eləsin”.
Xatırladaq ki, bu gün müsair Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Atatürkün anım günüdür, onun ölümündən 83 il keçir.
Bizim.Media