Hərbi dənizçilərimiz NATO təlimində iştirak etdi - FOTO

Hərbi dənizçilərimiz NATO təlimində iştirak etdi - FOTO

Hazırda oxunan: Hərbi dənizçilərimiz NATO təlimində iştirak etdi - FOTO

45286

Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib.
 

MÖVZU İLƏ BAĞLI:

NATO ilə əməkdaşlıq müzakirə edildi – Baş Qərərgahda görüş


Təlimdə şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmiyə sürətli şəkildə katerlə yaxınlaşma, terrorçuların zərərsizləşdirilməsi, gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqları yüksək peşəkarlıq nümayiş etdirilərək dəqiq və effektiv yerinə yetirilib.

Qeyd edək ki, qiymətləndirilmənin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO