Zakir Həsənov: “Türkiyə hərbçiləri ilə təlimlərimiz davam edəcək” – Erməniləri qorxudan AMİL

Zakir Həsənov: “Türkiyə hərbçiləri ilə təlimlərimiz davam edəcək” – Erməniləri qorxudan AMİL

Hazırda oxunan: Zakir Həsənov: “Türkiyə hərbçiləri ilə təlimlərimiz davam edəcək” – Erməniləri qorxudan AMİL

45238

"Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkür edirəm".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akardan ünvanlı MESAJ: “Türkiyə Azərbaycan üçün bütün imkanlarını səfərbər etməyə hazırdır” - VİDEO


Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.

Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib (report).

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO