XƏBƏRDARLIQ: Azərbaycanda temperatur 10 dərəcəyədək enəcək

XƏBƏRDARLIQ: Azərbaycanda temperatur 10 dərəcəyədək enəcək

Hazırda oxunan: XƏBƏRDARLIQ: Azərbaycanda temperatur 10 dərəcəyədək enəcək

45171

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacaq.

Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.


Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Hvanın temperaturu 11-də ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO