Sosial Tədqiqatlar Mərkəzi 24 oktyabr-5 noyabr 2021-ci il tarixlərində ölkə əhalisi arasında telefon sorğusu keçirib.
İctimai rəyin nəzərində Azərbaycanın hərbi sərkərdəsinin rəhbərliyi ilə XXI əsrdə müharibədə qalib gələn yeganə ölkə olması (92.6%), Xalq-dövlət-ordu birliyinin (66.5%) güclənməsi, eləcə də beynəlxalq aləmdə Azərbaycanın hərbi-siyasi nüfuzunun artması (42.8%) Vətən müharibəsində əldə olunan qələbənin əsas uğurları olaraq dəyərləndirilib.
Bizim.Media xəbər verir ki, hər dörd respondentdən biri qələbənin əsas uğurları sırasında xarici ölkələrdən Qarabağa qanunsuz yük daşımalarının qarşısının alınmasını görür.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlılar Ermənistanla sülh sazişinin imzalanmasına inanırmı? – Respondentlərin CAVABI
Qələbənin xarici investisiyalar cəlb etmək üçün yeni imkanları formalaşdırdığını və Gorus-Qafan yoluna Azərbaycanın nəzarət etməsini təmin etdiyini müvafiq olaraq 14.9% və 10.9% respondent qeyd edib.
Ümumiyyətlə, 87.8% respondent işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış istiqamətində gedən genişmiqyaslı bərpa və quruculuq işləri ilə maraqlanır.
12.2% respondentin gedən bərpa və quruculuq işləri ilə tanış olmağa marağı yoxdur.
Bununla yanaşı, respondentlərin mütləq əksəriyyəti bu istiqamətdə gedən işləri müxtəlif dərəcələrdə səmərəli hesab edir.
Belə ki, respondentlərin böyük əksəriyyəti (84.0%) bu istiqamətdə gedən işləri çox səmərəli hesab etdiyi halda, 15.0% respondent azad ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsini qismən səmərəli qiymətləndirdiyini ifadə edib.
Azərbaycanın məcburi köçkün olmayan vətəndaşlarının Qarabağa getməklə bağlı fikirlərini öyrənmək üçün onların işğaldan azad olunmuş ərazilərə necə getmək istədikləri soruşulub.
Respondentlərin yarıya yaxını və ya 44.7%-i Qarabağa yalnız turist kimi sırf həmin yerləri görmək və orda istirahət etmək üçün gedəcəyini bildirub.
Çox maraqlı nəticədir ki, məcburi köçkün olmayan vətəndaşların hər dörd nəfərdən biri, başqa sözlə 22.3% respondent Qarabağa daimi yaşamaq üçün gedəcəyini bildirib.
Yalnız iş məqsədləri ilə bağlı müvəqqəti yaşamaq üçün gedə biləcəyini deyənlərin göstərici 11.6%-dir. 18.6% respondent isə bu barədə düşünmədiyini deyib.
Bizim.Media