Azərbaycan əhalisinin neçə faizi özünü qalib ölkənin vətəndaşı hesab edir? - SORĞU

Azərbaycan əhalisinin neçə faizi özünü qalib ölkənin vətəndaşı hesab edir? - SORĞU

Hazırda oxunan: Azərbaycan əhalisinin neçə faizi özünü qalib ölkənin vətəndaşı hesab edir? - SORĞU

44990

Sosial Tədqiqatlar Mərkəzi 24 oktyabr-5 noyabr 2021-ci il tarixlərində ölkə əhalisi arasında telefon sorğusu keçirib.

Bizim.Media xəbər verir ki, sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 4.4% təşkil edib.
 

Tədqiqatda müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar və postmüharibə dövrünün reallıqları və vətəndaşların gözləntiləri istiqamətində suallar verilib.


Müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar 

Sorğuda iştirak edən respondentlərin yarıya yaxını (43.7%) 2020-ci ilin ilk 6 ayında yaxın gələcəkdə Ermənistanla müharibə ehtimalı düşüncəsində olmayıb. Bundan fərqli olaraq hər üç nəfərdən biri (37.9%) ötən yarım ildə Ermənistanla müharibənin olacağı qənaətinə hakim idi.

Sözügedən qənaət barədə heç bir fikri olmayanlar isə ümumi rəyi öyrənilənlərin 18.4%-ni təşkil edir. 

Seçmənin mütləq əksəriyyətinin (68.7% “tam inanırdım” və 17.2% “qismən inanırdım”) müharibədən əvvəl Azərbaycanın Ermənistanın nəzarətində olan torpaqlarını qaytara biləcəyinə bu və ya digər dərəcədə inamı vardı. 14.1% isə torpaqlarını qaytara biləcəyinə inanmırdı.

Vətən müharibəsinin nəticələrinə dair gözləntiləri özündə əks etdirən ictimai rəy sorğusuna əsasən, rəyi öyrənilənlərin bu istiqamətdə mövqeyi müharibənin yekunları ilə uzlaşır.
 

Respondentlərin mütləq əksəriyyəti (99.3%) gözləntilərinin müxtəlif dərəcələrdə reallaşdığını bildiriblər. Belə ki, Vətən müharibəsinin nəticələrinə dair gözləntilər əhalinin 87.1%-nin nəzərində özünü tam doğrultsa da, 12.2% respondentin müharibənin nəticələri ilə bağlı gözləntiləri qismən reallaşıb. 


Əhalinin mütləq əksəriyyəti (97.6%) özünü qalib ölkənin vətəndaşı kimi hiss edir. 

Rəyi öyrənilənlərin əksəriyyəti yenidən müharibə başlayacağı təqdirdə  özünün və ya ailə üzvlərinin (müvafiq olaraq 84.1% və 76.6%)  döyüşə gedəcəyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO