Cəlilabadın icra başçısı həbs edildi - YENİLƏNİR

Cəlilabadın icra başçısı həbs edildi - YENİLƏNİR

Hazırda oxunan: Cəlilabadın icra başçısı həbs edildi - YENİLƏNİR

4499

Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Cəlilabad Rayon İcra başçısı Namiq Zeynalov həbs edilib.

İlkin məlumatlara görə, icra başçısı vəzifədə yol verdiyi nöqsanlara görə saxlanılıb.

Qeyd edək ki, Namiq Zeynalov Cəlilabad  Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə 2018-ci ilin fevralın 6-da təyin edilib. 

İcra başçısı bu posta təyinatı Ramiz Mehdiyevin  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbərlik etdiyi dönəmdə alıb. 

N.Zeynalov buna qədər isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Bizim.Media xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO