Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir - FOTO

Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir - FOTO

Hazırda oxunan: Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir - FOTO

44955

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən “Zəfər yolumuz” adlı tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə 44 günlük Vətən Müharibəsindən bəhs edən videoçarxlar nümayiş olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfər Günü münasibətilə hərbi hissədə tədbir keçirildi - FOTO


Çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib. 
 

Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şeirlər bədii qiraət edilib və mahnılar səsləndirilib.


Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO