Azərbaycanın dini liderlərindən Prezidentə TƏBRİK

Azərbaycanın dini liderlərindən Prezidentə TƏBRİK

Hazırda oxunan: Azərbaycanın dini liderlərindən Prezidentə TƏBRİK

44911

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, dini liderlər məktubda İlham Əliyevi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik ediblər.

“Möhtərəm cənab Prezident, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini - Vətən müharibəsindəki Zəfərinin qürurunu yaşayır. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis İlham Əliyevi təbrik etdi


“Ölkə dindarlarının adından Sizi bir daha Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin ilk ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız daim yardımçınız olsun, öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!” - müraciətdə deyilir.

Qeyd edək ki, məktub Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya İdarəsinin katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovskı, Alban-udi xristian dini icmasının sədri Robert Mobili tərəfindən Prezidentə ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO