Dövlət metronun zərərini “bağlayır”

Dövlət metronun zərərini “bağlayır”

Hazırda oxunan: Dövlət metronun zərərini “bağlayır”

44894

2022-ci il dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 217,6 milyon manat subsidiya proqnozlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində yer alıb.

Həmin vəsaitdən Bakı Metropolitenində sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması və Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı metronun fəaliyyətinin məhdudlaşdırılması nəticəsində yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda metronun işə düşməsindən 54 il ötür – 51 yeni stansiya tikiləcək


Eləcə də vəsaitdən Naxçıvan Muxtar Respublikasına edilən avia reyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat ayrılacaq.

Vəsaitdən həm də kredit borcunun qarşılanması üçün nizamnamə kapitalının artırılması məqsədilə Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmosa) 23,0 milyon manat, toplam olaraq 84,9 milyon manat subsidiya (maliyyəyardımı) nəzərdə tutulur.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO