“Azəriqaz” və “Azərişıq” qışa hazırlıqdan imtina etdi – Şaxtalı aylarda bizi nə gözləyir?

“Azəriqaz” və “Azərişıq” qışa hazırlıqdan imtina etdi – Şaxtalı aylarda bizi nə gözləyir?

Hazırda oxunan: “Azəriqaz” və “Azərişıq” qışa hazırlıqdan imtina etdi – Şaxtalı aylarda bizi nə gözləyir?

44841

Noyabrın 15-i adətən qış mövsümü hesab olunur. Hələ ki, havanın temperaturu ölkə ərazisində, o cümlədən də paytaxt Bakıda ciddi problemlərin yaşanmasına rəvac vermir. Bir qədər sonra isə temperatur göstəriciləri aşağı düşəcək.

Bəs, qurumlar qış mövsümünə hazırlıq görürlər? Yoxsa bu qış da əhalini əvvəlki illərdə olduğu kimi mənzilləri qızdırmaq, dayanacaqlarda uzun müddət avtobus gözləmək kimi problemlər gözləyir?

Bizim.Media bəzi dövlət qurumları arasında bununla bağlı sorğu keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mənzillərə istilik vaxtından əvvəl VERİLƏ BİLƏRMİ? – Rəsmi qurumlardan AÇIQLAMA


“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, qurum “qışa hazırlıq” məfhumundan ümumiyyətlə imtina edib:

“Azəriqaz”-ın rəhbərliyi işçilərinin qarşısında belə bir tələb qoyub – ilin bütün fəsli qışa hazırlıqdır. Bütün aylarda hazırlıq prosesi gedir ki, qışda vətəndaşlara təhlükəsiz və davamlı mavi yanacağı verə bilək. 1000 kilomterlərlə boru xətlərinin yenisi ilə əvəzolunması, yeraltı xətlərin yerüstü xətlərlə əvəz olunması, qazpaylayıcı şəbəkələrin daim saz vəziyyətdə olması, hissələrinin dəyişməsi prosesi ilin istənilən fəsillərində aparılır”.

Bəs, qışda mərkəzləşdirilmiş formada qazın təzyiqi artırılacaqmı?

Təzyiqlə bağlı vaxtarışı problemlərin yaşandığını etiraf edən Eldəniz Vəliyev bildirb ki, problem yaşanan ərazilərdə bu, lokal olaraq aradan qaldırılır. 
 

“Azərışıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qurum qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata kecirir:


“Səhmdar Cəmiyyətdə mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığı üçün bu tədbirlər bütün fəsillər üçün keçərlidir”.

“Azərışıq” rəsmisinin  sözlərinə görə, hələ yay aylarında qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və havaelektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi tədbirlər həyata keçirilib: “ASC müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisləri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin”.
 

Vaqif Aydınoğlu qeyd edib ki, paylayıcı şəbəkələrin yenilənməsi hədəf olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldıması da xüsusi diqqətdə saxlanılır.


Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Mais Ağayevin sözlərindən də bəlli olub ki, qurum avtobusların sayını və onların intervalını fəsilə görə tənzimləmir. Burada sərnişin tələbatı əsas götürülür:

“Xüsusi karantin rejiminin yumuşaldılması, təhsilin əyani formada bərpa olunması ilə tələbatın artacağı ehtimal olunurdu. Buna uyğun da daşıyıcılara tapşırıqlar verilib. Bununla bərabər bildirim ki, avtobusların gecikmələrinin azaldılması əsasən avtobus zolaqlarının yaradılması ilə bağlıdır.

BNA bu zolaqların əhatəsinin genişləndirilməsi və daha çox küçə və prospektdə təşkili üçün iş aparır. Həm də sürücülərin bu zolağın tələbinə riayət etməsi üçün nəzarət tədbirləri gücləndirir”.
 

“Azəristiliktəchizat” ASC-nin Abonent və  Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə digər həmkarlarında fərqli olaraq bildrib ki, artıq payız-qış mövsümünə hazırlıq işləri başa çatıb: 


“Noyabrın 1-dən dağ və dağətəyi rayonlarında, ayın 15-dən isə Bakı şəhərində istiliyin verilməsinə başlanacaq. 554 qazanxanadan 184 minə yaxın mənzilə, bununla yanaşı 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik veriləcək”. 

Qurum sözcüsü qeyd edib ki, bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub. Qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO