Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi - FOTO

Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi - FOTO

44790

Bu gün 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilərlə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

Tədbirdən öncə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

 

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbiri açıq elan edərək mərasim iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib. 


Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə dərin təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edilib.

Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO