“MilliÖn” terminalından pul oğurlayanlar saxlanıldı - VİDEO

“MilliÖn” terminalından pul oğurlayanlar saxlanıldı - VİDEO

Hazırda oxunan: “MilliÖn” terminalından pul oğurlayanlar saxlanıldı - VİDEO

44765

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan “MilliÖn” ödəniş terminallarından birinin kassası sındırılıb və oradan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları məbləğində pulu oğurlayaraq hadisə yerindən yayınıblar.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər - əvvəllər məhkum olunmuş Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Hər üç şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.


Saxlanılan şəxslərin terminaldan oğurluq etmələri ərazidə quraşdırılan təhlükəsizlik kameraları ilə qeydə alınıb.



Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Vüsal Tağıyev, Fərhad Əliyev və İbrahim İlyasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Sabunçu Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO