1 yaşlı övladını kanala atan qadından XƏBƏR VAR

1 yaşlı övladını kanala atan qadından XƏBƏR VAR

Hazırda oxunan: 1 yaşlı övladını kanala atan qadından XƏBƏR VAR

44702

Biləsuvarda 1 yaşlı övladını su kanalına ataraq öldürməkdə təqsirləndirilən Gülər İmanzadə nin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

 


Qeyd edək ki, hadisə bu il rayonun İsmətli kəndində qeydə alınıb.



Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

G.İmanzadə tutularaq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO