Azərbaycanda edam cəzasını aktuallaşdıran DƏHŞƏTLİ CİNAYƏTLƏR – 4 ilin XÜLASƏSİ

Azərbaycanda edam cəzasını aktuallaşdıran DƏHŞƏTLİ CİNAYƏTLƏR – 4 ilin XÜLASƏSİ

Hazırda oxunan: Azərbaycanda edam cəzasını aktuallaşdıran DƏHŞƏTLİ CİNAYƏTLƏR – 4 ilin XÜLASƏSİ

44686

Dünyadakı kriminogen durum get-gedə ağırlaşır. Bunun üçün də bəzi ölkələrdə ölüm hökmü hələ də qüvvədədir. Nümunə kimi cənub qonşumuz İranı örnək gətirmək olar.

Azərbaycanda da vaxtaşırı müxtəlif cinayət faktları aşkarlanır.
 

Lakin ölkədə ölüm cəzası ömürlük həbslə əvəzləndiyindən edam aktı yoxdur. Hətta cinayətlərin arasında tükürpədici, insanlığa sığmayan hadisələr olsa da, cani nə elektrik masası görür, nə də asılmır. Əlbəttə ki, bütün bu cəza metodları müasir dövr üçün köhnəlmiş hesab olunur və vətəndaş cinayətkar olsa belə, onun yaşamaq hüququ təmin olunur. 


Bizim.Media xəbər verir ki, son günlərin ən səs-küy yaradan və ölüm hökmünü aktuallaşdıran cinayəti İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı azyaşlının dünyaya uşaq gətirməsi olub. 

Araşdırma zamanı məlum olub ki, azyaşlını anası Günay Şükürovanın qeyri-rəsmi nikahda olduğu Qurban Fərəcov bir neçə dəfə zorlayıb. İmişli rayon sakininə Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.

Barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

Edamı cəzasına layiq cinayətlər: 2017-ci il

1. 2017-ci ilin ən dəhşətli və sarsıdıcı olaylarından biri Lənkəran şəhərinin Darquba kəndində Nurullayevlər ailəsində baş verib. 6 günlük körpənin əvvəlcə ürəyinə iynə sancılması, daha sonra həyətdəki 6 metrlik quyuya atılması bütün ölkəni dəhşətə gətirib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəni körpənin ata nənəsi Atifə Nurullayeva qəsdən törədib. Səbəb isə körpənin qız uşağı olması göstərilib.

2. 2017-ci ilin tükürpədici cinayət hadisələrindən biri də Azadlıq prospektində qeydə alınıb. 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu küçədə bıçaqlanıb. Naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirib. Qadının yanında olan C.Cələbovun isə qulağı kəsilib, qarın nahiyyəsinə bir neçə bıçaq zərbəsi endirilib.

3. Daşkəsən rayonunun Bayan kəndində baş verən qətl hadisəsi də bu ilin vəhşicəsinə törədilən hadisələrindəndir. Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Həsənov arvadı - 1990-cı il təvəllüdlü Könül Əzizovanı 8 yaşlı uşağının gözləri qarşısında öldürüb. 

4. Mingəçevirdə ailə başçısı ailə üzvlərini qətlə yetirib. 57 yaşlı Lazım Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı 35 yaşlı Aynurə Hüseynovanı və iki azyaşlı övladı - 8 yaşlı Hüseyn Hüseynovu və 5 yaşlı Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

2018-ci il

1.    Cəlilabadda ana və qızının dəhşətli ölümü – Avqust ayında Cəlilabad rayonunda ana və qızı xüsusi amansızlıqla qətlə yetirilib. Rayonun Ocaqlı kəndində baş verən hadisə zamanı kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova həmkəndliləri, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tərəfindən qətlə yetiriliblər.

2.    Şabranda cinçıxaranların gənc oğlanı öldürməsi – Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanov Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov tərəfindən cinçıxarma adı ilə xüsusi amansızlıqla öldürülüb. Onlar gənc oğlanı döyərək öldürüblər.

2019-cu il

1.    Mayın 19-da Nardaran kəndinin bağ massivində 50 yaşlı Bağırov Tahir Cəfər oğlu elə öz evində 77 yaşlı anası Bağırova Rübabə Cəbrayıl qızının öldürərək, meyitini yandırıb. Elədiklərindən sonra o, cinayət yerindən qaçıb.

2.    Sentyabrın 23-də Bakının Xəzər rayonu, Binə kəndində vəhşicəsinə qətl törədildi. Füzuli rayonundan olan, əvvəllər məhkum edilmiş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov tərəfindən gəlini Cəmilə Məhərrəmova baltalanıb.

2020-ci il

1. Dekabrın 30-da Bakının Xətai rayonunda qətl hadisəsi törədilib. NZS qəsəbəsində 1952-ci il təvəllüdlü Xaçmaz rayon sakini Ələkbər Bağırov 1977-ci il təvəllüdlü qızı İradə Paşayevanı boğaraq öldürüb.

2. 2019-cu il noyabrın 21-də itkin düşən Nərmin Quliyevanın cəsədi 2020-ci il yanvarın əvvəllərində tapılıb. Qızın cansız bədəni düz onun evinin qarşısına atılıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar. 2021-ci ilin oktyabrında isə məlumat yayılıb ki, həmin yandıırlmış bədən Nərminə yox, 30 yaşlı başqa qadına aiddir. Tovuz sakininin cinsi təcavüz məqsədilə qaçırıldığı iddia olunur. Şübhələr arasında orqan alveri də var. Qətl ilə bağlı müxtəlif saxlanılmalar olsa da, Nərminin ölüsü, ya dirisi hələ də tapılmayıb.

3. 2020-ci ilin 12 noyabr tarixində bacı (1996) özündən 9 yaş böyük qardaşını (1987) mübahisəyə görə çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb. 

2021-ci il

1. Bu ilin ən dəhşətli cinayətlərindən biri elə əvvəldə qeyd etdiyimiz – atalığı tərəfindən zorlanan 11 yaşlı qızın uşaq dünyaya gətirməsidir.

2. Bakıda narkotik aludəçisi nənəsini və bibisini amansızlıqla öldürüb. 

Ümumiyyətlə, ötən illə müqayisədə bu il ağır cinayətlərin sayı artmaqdadır. Siyahıya intihara təhriketmələri də əlavə etmək olar.
 

Bundan başqa, qadınların ağır cinayət törətməklərində də statistika artır. Əksəriyyəti körpələrini ölümə buraxmaq, sevgilisi ilə birləşib qanuni ərlərini öldürüb qaçmaq və s. motivlidir.


Qeyd edək ki, Azərbaycanda edam cəzasını gündəmə gətirən ağır cinayətlərin daha tükürpədici nümunələri var. Sadəcə oxucu psixologiyasına mənfi təsir etməmək üçün ağır qətllərin cüzi hissəsinə toxunduq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO