Ağsuda zibilliyə döl atan qadının kimliyi BƏLLİ OLDU 

Ağsuda zibilliyə döl atan qadının kimliyi BƏLLİ OLDU 

Hazırda oxunan: Ağsuda zibilliyə döl atan qadının kimliyi BƏLLİ OLDU 

44650

Ağsu rayonunda zibilliyə atılan döl tapılıb. 

Bizim.Media xəbər verir ki, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib. 

Bundan sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini olan bir qadının öz dölünü zibilliyə atdığı müəyyən edilib. 

Qadın saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilib, izahatı alınıb.

Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO