Bakının içməli suyunda BAĞIRSAQ ÇÖPLƏRİ iddiası - Dövlət qurumundan RƏSMİ CAVAB

Bakının içməli suyunda BAĞIRSAQ ÇÖPLƏRİ iddiası - Dövlət qurumundan RƏSMİ CAVAB

Hazırda oxunan: Bakının içməli suyunda BAĞIRSAQ ÇÖPLƏRİ iddiası - Dövlət qurumundan RƏSMİ CAVAB

44609

Bakının bəzi qəsəbələrində uşaqlarda mədə, bağırsaq pozuntuları yaranıb. Hövsan, Əhmədli qəsəbələrində müşahidə olunan bu halları valideynlər onların içdikləri su ilə əlaqələndiriblər.

Əslində paytaxtın içməli suyundan şikayətlər daim mövcuddur. Su çirklidir, paslıdır, xlor iyi gəlir - kimi ifadələr paytaxt sakinlərinə yaxşı tanışdır. Azərbaycan ailələrində heç kim kranı açıb, su içmir və xüsusilə azyaşlıların bunu etməsi tövsiyyə olunmur. Halbuki, xarici ölkələrdə su kranının yanına qrafinin qoyulması təəcüblə qarşılanır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının bu ərazilərində içməli su olmayacaq - SƏBƏB


Məlumdur ki, dünyanın əksər ölkələrində əhalinin su təhcizatı iki xəttlə aparılır – təmizlənmiş içməli su və məişətdə istifadə etmək üçün olan texniki su xəttləri bir-birindən ayrılır.

Bakıda formal olaraq mənzillərə verilən su içməli su hesab olunsa da, necə deyərlər nə ondandır, nə də bundan. Dövlət qurumları isə adətən problemi ört – basdır etməyə çalışırlar.

Bizim.Media məsələni bir daha gündəmə gətirərək, paytaxtın içməli suyunun keyfiyyətinə necə nəzarət edilməsi ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) sorğu ünvanlayıb.
 

Sorğumuza cavab olaraq Mərkəzdən bildirilib ki, Bakıda içməli suyun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzərində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər keçirilir.


Bəzi monintorinqlər həftəlik, bəziləri isə aylıq aparılır, nəticələr GEM-nin laboratoriyalarında müayinə olunur.

Qurumdan da bəzən qeyri-kafi nəticələrin əldə olunduğu qeyd olunur: 

“Aşkar olunmuş qeyri-kafi nəticələrlə əlaqədar, yerlərdə “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə araşdırmalar aparılıb, tədbir görülməsi üçün müvafiq təkliflər verilib və təkrar müayinələr zamanı nəticələr dövlət standartlarının tələblərinə uyğun olub”.
 

GEM-dən həmçinin bildirilib ki,  Bakıda yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının təsdiq olunmuş cədvəl üzrə yuyulub, zərərsizləşdirilməsinə nəzarət edilir. Bu ilin 9 ayı ərzində “Azərsu”-nun cədvəli üzrə 90 məhəllədaxili su anbarı yuyulub zərərsizləşdirilib.


Hər halda onu da etiraf etmək lazımdır ki, paytaxtda su təhcizatı ilə bağlı durum 5-6 illə müqayisədə nisbətən yaxşıdır. Bu da təbii ki, su infrastrukturunda görülən müəyyən işlərlə əlaqəlidir. Amma hələ şəhərimizin içməli suyunun keyfiyyəti barədə danışmaq çox tezdir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO