Maska taxmaq qulağın formasını pozurmu?

Maska taxmaq qulağın formasını pozurmu?

Hazırda oxunan: Maska taxmaq qulağın formasını pozurmu?

4456

Maska taxmaq virusdan qorunmaq üçün ən effektiv üsullardan biridir. Lakin istifadəsi bəzən insanların həyatını çətinləşdirə bilir.

"Maska qulaqlarımın formasına təsir edəcəkmi?" sualı son zamanlar insanları narahat edən məsələdir.

Bizim.Media "TRT"-ə istinadən xəbər verir ki, mütəxəssislər bu narahatlığın əsassız olduğunu söyləyirlər. Tibbi-estetik həkim Dr.Devrim Gürsoy bu qorxunun yetişkin insanlar üçün əbəs yerə olduğunu söyləyib.

"Qulaqlarımız güclü qığırdaq və bağ quruluşu ilə başımıza bağlı olduğu üçün maskaların estetik görünüşümüzdə problem yarada bilməsi xəbəri həqiqəti əks etdirmir" - deyə, bildirən həkim bu qorxuların sadəcə həssas vəziyyətdən yarandığını qeyd edib.




"Çıxardığınız zaman qulağınız əvvəlki vəziyyətinə dönəcək"- deyə, həmçinin qeyd edən Dr Gürsoy 5-6 saat maska taxsaq belə qulağımızın əvvəlki vəziyyətinə qayıdacağını bildirib.

Həmçinin həkim maska taxmağın koronavirusla mübarizədə ən vacib amil olduğunu, hər birimizin mütləq şəkildə maska taxmağını diqqətə çatdırıb.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO