"Vətən müharibəsində zərərçəkən ev və obyektlərlə bağlı ümumilikdə 7056 akt bağlanıb. Onlardan 6003-ü insanların yaşayış və qeyri-yaşayış obyektləridir".
Bizim.Media xəbər verir ki, bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səsləndirib.
Onun sözlərinə görə, həmin obyektlərdən böyük əksəriyyəti təmir olunub:
"Yalnız 44 obyekt qalıb. Onların təmiri üçün hələlik iş başlamayıb. Həmin obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir.
Ötən gün həmin vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq" (report).
Bizim.Media