“Düşürt & Get”: Bu işarə harada və niyə quraşdırılıb? - FOTO

“Düşürt & Get”: Bu işarə harada və niyə quraşdırılıb? - FOTO

Hazırda oxunan: “Düşürt & Get”: Bu işarə harada və niyə quraşdırılıb? - FOTO

44365

Azərbaycanda “Düşürt & Get” (“Düşür və get”) yazılan lövhə sosial media istifadəçilərinin diqqətini çəkib. Yerli komediyaçılar bunun tərcümə variantlarını haqda memlər tərtib edirlər, digəriləri isə onun harada olması barədə baş sındırırlar.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrin bəzi istifadəçiləri haqlı olaraq qeyd edirlər ki, belə işarələrə (başqa mətnlə də olsa) Avropanın bir çox şəhərlərində tez-tez rast gəlmək olar.

Onların fikrincə, yalnız mentalitet xüsusiyyətləri Bakıda onların avropalı “oxşarının” yaradılmasına imkan verməyib.
 

Həqiqətən digər ölkələrdə bu cür işarələrin üzərindəki yazı ya “Kiss & Go” (“Öp və get”) və ya “Kiss & Ride” (“Öp və uzaqlaş”) kimi yazılır. Baxmayaraq ki, burda  heç bir romantik məzmun yoxdur, çünki söhbət yalnız 2 dəqiqəlik parkovkadan və ərazidən uzaqlaşmaqdan gedir. 


Bakıda məktəblərin yaxınlığında belə "iki dəqiqəlik" parkovkaları tez-tez görmək olar. 

Ölkəmizdə bu lövhə, intuitiv olaraq məktəbin yaxınlığında quraşdırılıb və bu, təsadüfi deyil. Heç kimə sirr deyil ki, Bakının ümumi təhsil müəssisələrinin yaxınlığında, demək olar ki, ənənəvi olaraq hər gün demək olar ki, “qanuniləşmiş” kortəbii parkovkalar olur. 

Yol polisi əməkdaşlarının və məktəb rəhbərlərinin bu fenomenlə vaxtaşırı və bəzən inadkar mübarizə aparmasına baxmayaraq, bu vəziyyətin dəyişməsi mümkün deyil.

Məsələ burasındadır ki, övladınızı məktəbə gətirmək yerli ənənədir, ona görə də bütün tədris ili ərzində məktəblərə doğru maşın axını azalmır və səhər tıxacları artıq adət halını alıb. İstisna sərt karantin rejimi və distant təhsil dövründə olub.

Buna görə də, belə bir işarə problemin həllində əhəmiyyətli dərəcədə kömək edə bilər. Həqiqətən, bir tərəfdən valideynə uşağı məktəbə gətirməyə icazə verir, digər tərəfdən isə bir neçə dəqiqədən sonra getməyi xatırladır.
 

Bakı Nəqliyyat Agentliyi “Düşürt & Get” lövhəsinin Bakıdakı özəl məktəblərdən birinin yaxınlığında, BNA-nın ofisindən bir qədər aralıda quraşdırıldığını açıqlayıb.


Agentliyin nümayəndələrinin sözlərinə görə, bu nişanın quraşdırılması bir növ “pilot layihə” sayıla bilər.

"Bu nişanın burada istifadəsi gözlənilən effekti verəcəksə, yəni tıxacları azaldacaq və nəqliyyatın hərəkətini yüngülləşdirəcəksə, o zaman yaxın vaxtlarda Bakının müxtəlif yerlərində belə nişanlar görünə bilər", - BNA-dan bildiriblər.

Ümid edirik ki, bu yaradıcı başlanğıc öz davamını tapacaq və həqiqətən də şəhərin bir çox yerlərində belə işarələr görünəcək, nəinki məktəblərin yaxınlığında. Axı, bu, bir çoxlarına qiymətli vaxtına, əsəblərinə və hətta puluna qənaət etməyə imkan verəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO