Azərbaycanda bu məhkumlar cəzalarının çəkilməmiş hissəsindən AZAD EDİLƏCƏK 

Azərbaycanda bu məhkumlar cəzalarının çəkilməmiş hissəsindən AZAD EDİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanda bu məhkumlar cəzalarının çəkilməmiş hissəsindən AZAD EDİLƏCƏK 

44351

Azərbaycanda bir sıra məhkumlar cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad edilir.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihə böyük ictimai təhlükə törətməyən cinayət əməlinə görə müəyyən müddətə azadlıqdan məhrum edilən şəxslərə aid ediləcək.

Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər də amnistiyadan yararlanacaq.
 

Amnistiyanın kimlərə şamil ediləcəyi AÇIQLANDI - RƏSMİ


Ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan şəxslər, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər də bu kateqoriyaya daxil ediliblər.

Habelə, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO