11 yaşlı qızın görüntülərini yayan media qurumları MƏSULİYYƏTƏ cəlb olunacaq? - TƏLƏB

11 yaşlı qızın görüntülərini yayan media qurumları MƏSULİYYƏTƏ cəlb olunacaq? - TƏLƏB

Hazırda oxunan: 11 yaşlı qızın görüntülərini yayan media qurumları MƏSULİYYƏTƏ cəlb olunacaq? - TƏLƏB

44162

İmişlidə baş vermiş tükürpədici zorlama hadisəsi gündəmi zəbt edib. İctimaiyyətin qınağına səbəb olan hadisədə adıçəkilən bütün motivlərin günahkar olaraq önyarğısı davam edir. Xüsusilə, 11 yaşlı qızın görüntüləri və barəsindəki məlumatların ictimailəşməsi ciddi müzakirə yaradıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə aidiyyəti qurumlara səslənərək 11 yaşlı uşağın görüntülərini, danışığını və onunla bağlı məlumatları dərc edən mətbuat orqanlarının məsuliyyətə cəlb olunmasını tələb edib:
 

MÖVZU İLƏ BAĞLI:

İmişlidə 11 yaşlı qızın kim tərəfindən zorlandığı məlum oldu - VİDEO


“Bütün media Respublika Klinik Xəstəxanasına tökülmüşdü. Ayıbdır! Nə axtarırsınız orada? Uşağı və ananı görmək istəyirdiniz? Uşağın izahatını almaq, ancaq istintaqa aiddir. Bu, qanun pozuntusudur və özü də bir cinayətdir. Özünün, məktəbinin, ev ünvanının və qardaşının adının ictimailəşməsi, görüntülərinin paylaşması, hətta danışığının verilməsinin şahidi oldum. Uşaqla o şərəfsizin fotolarını tirajlayıblar. Bunlar dərhal silinməlidir. Bundan sonra da əgər yayımlanacaqsa, o kanallar və saytlar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Həmin media qurumlarına iş açılsın və məsuliyyətə cəlb olunsunlar.
 

Bütün bu gərginliyi yaradan media oldu. Uşaq və ana xəstəxanadan çıxandan sonra məsələnin nə yerdə olduğunu daha çox istintaq biləcək. Digər mənəvi tərəfləri sakit buraxaq”.


Kəmalə Ağazadə 11 yaşlı qızın əmisinin mətbuata açıqlamalarına da münasibət bildirib: 

“Əmi gündə bir açıqlama verir. Yerində sakit otursa, daha yaxşı olar. O uşaqların kimdə qalacağına aidiyyəti orqanlar qərar verəcək. Normal olaydınız, uşaqlar sizin yanınızda qalardı. Qardaşınızın əmanəti idi. Bitirsinlər bu söhbətləri...Hərəsi çıxıb bir söz deyir. Uşağın anasının namusuna söz deyirlər. Yetər artıq...Onsuz da ananın mənəvi məsuliyyəti ömrünün sonuna kimi gedəcək. İndi də durub onun əxlaqını müzakirə edirlər. Ana ərə gedəndə icra hakimiyyətinə müraciət edib uşaqların onun yanında qalmasına etiraz edərdilər və atadan yadigar qalmış övladları qəyyumluğa götürərdilər.
 

İndi niyə atılıb-düşürlər? Ananın hansı yolda olmasını deyil, uşağın bundan sonrakı həyatını düşünməliyik”.


Hüquq müdafiəçisi hazırda xəstəxanada olan 11 yaşlı qızın hansısa fəsad baş verməsə bu gün, ən geci sabah xəstəxanadan buraxılacağını qeyd edib:

“İlk olaraq qızla bağlı tibbi reablitasiyaya başlanılacaq. Əvvəlcə zərərçəkən uşaq özünə gəlməlidir, toparlanmalıdır və səhhəti problemləri aradan qaldırılmalıdır. Daha sonra digər etaplara keçəcəyik. Durumu keysəriyyə əməliyyatı keçirən qadınlardan daha ağırdır. Körpənin də vəziyyəti kafi qiymətləndirilir. İnşallah, ümid və dua edək yaşasın. Hər üç uşağı nəzarətə götürəcəyəm. O ailədə bir oğlan da var”, -deyə Kəmalə Ağazadə əlavə edib. 

Xatırladaq ki, 3 gün əvvəl İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib. Araşdırma zamanı məlum olub ki, azyaşlını anası Günay Şükürovanın qeyri-rəsmi nikahda olduğu Qurban Fərəcov bir neçə dəfə zorlayıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO