Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Uçuşlar başlayır

Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Uçuşlar başlayır

Hazırda oxunan: Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Uçuşlar başlayır

4414

Dekabr ayı ərzində “SkyUp” və “Ukrayna Beynəlxalq Hava Yolları” (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“SkyUp” aviaşirkətinin Bakı-Kiyev bortu 28 dekabr tarixində saat 22:55-də (Bakı vaxtı ilə) yola çıxacaq. Təyyarə Kiyevə növbəti gün saat 00:40-də (Kiyev vaxtı ilə) çatacaq.

Biletləri link üzrə əldə etmək olar.

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinin Bakı-Kiyev bortu 14 dekabr, 21 dekabr və 28 dekabr tarixlərinə planlaşdırılır. Bakıdan uçuş saat 06:10-da (Bakı vaxtı ilə) baş tutacaq. Təyyarə Kiyevə həmin günü saat 08:00-da (Kiyev vaxtı ilə) çatacaq.

UBHY aviaşirkətinin çarter reyslərindən yararlanmaq üçün qeydiyyat zamanı son 48 saat ərzində verilmiş koronavirus üzrə neqativ test cavabını təqdim etmək lazımdır.

“SkyUp” və UBHY aviaşirkətlərinin reyslərindən Ukrayna vətəndaşları və COVID-19 müalicəsi, observasiya ilə bağlı sığorta xərclərini qarşılayacaq polis (şəhadətnamə, sertifikat) əldə etmiş əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın və əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmış şəxslərə şamil olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO