4 ölkənin Baş prokurorları Fəxri xiyabanı ziyarət etdi - FOTO 

4 ölkənin Baş prokurorları Fəxri xiyabanı ziyarət etdi - FOTO 

Hazırda oxunan: 4 ölkənin Baş prokurorları Fəxri xiyabanı ziyarət etdi - FOTO 

44128

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin Baş prokurorları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. 

Bizim.Media xəbər verir ki, Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar mərhum prezident Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb. 

Şəhidlər xiyabanına gələn prokurorlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO