"Azərxalça"nın sabiq rəhbəri Vidadi Muradov həbsdən azad edilib.
Bizim.Media xəbər verir ki, vəzifə cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş və işinə məhkəmədə baxılan Vidadi Muradov həbsdən azad edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti APA-nın sorğusuna cavab olaraq faktın doğruluğunu təsdiqləyərək bildirib ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
"Azərxalça”nın sabiq rəhbəri 22 milyon manat mənimsəyib? – DETALLAR
Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media