Yoluxma ARTIB - Dezinfeksiya işləri niyə dayandırılıb? - SƏBƏBLƏR

Yoluxma ARTIB - Dezinfeksiya işləri niyə dayandırılıb? - SƏBƏBLƏR

Hazırda oxunan: Yoluxma ARTIB - Dezinfeksiya işləri niyə dayandırılıb? - SƏBƏBLƏR

43945

Son ay ərzində Azərbaycanda koronavirusa yoluxma sayının artması fonunda dezinfeksiya işlərinin səngidiyi müşahidə olunur.

Qeyd edək ki, Bakı küçələrinin son dezinfeksiyasından bir aydan çox vaxt keçib. İdarə, müəssisələrin, məktəblərin, binaların girişlərinin dezinfeksiyaları ilə bağlı məlumatlar isə ümumiyyətlə yayılmır. 

Bizim.Media-ya verilən məlumatda deylir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) küçələrin dezinfeksiyanı dayandırması yağışlı hava şəraiti ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu həftə Bakı küçələrini yağış dezinfeksiya edəcək


Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təxminən 2 il əvvəlki tövsiyyəsinə əsasən, yağış və qarlı havalarda dezinfeksiya işləri aparılmır.

Lakin BŞİH-dən Bizim.Media-ya verilən açıqlamaya görə, qurum hər həftənin şənbə və bazar günlərində baxçalarda dezinfeksiya həyata keçirir.

Məktəblərin dezinfeksiya işinə gəlincə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında müəyyən olunmuş qrafikə əsasən məktəblərdə dezinfeksiyanın aparıldığını bildirib. Onun sözlərinə görə, orta məktəblərdə dezinfeksiya adətən həftənin şənbə-bazar günlərində aparılır.

Bəs, rayonlarda yerləşən məktəblər də dezinfeksiya edilirmi? Nazirliyin sözcüsü dezinfeksiya işlərinin bölgə məktəblərini də əhatə etdiyini bildirib.

Qeyd edək ki, idarə və müəssisələrin dezinfeksiya işləri isə onların özləri tərəfindən aparılmalıdır. Amma nədənsə, son zamanlar hansısa müəssisənin, ticarət mərkəzinin dezinfeksiya edilməsi müşahidə edilmir.
 

İşin görünən tərəfi budur ki, ən xırda addımını reklam etməyi xoşlayan idarə və müəssislərin dezinfeksiya işi ilə bağlı tək bir şəkil və ya video hər hansı paylaşımına və ya xəbərinə rast gəlmirik. 


Biz kimi aldadırıq, cənablar? Dövlətin ayırdığı vəsaitləri xalqın sağlamlığı üçün xərcləmək lazımdır. Çünki pandemiya ayrı-seçkilik etmir, dolanb sizin də qapınıza gələcək, o, zarafat sevmir! 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO