Azərbaycan Ordusunda həyəcan siqnalı verildi - VİDEO

Azərbaycan Ordusunda həyəcan siqnalı verildi - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda həyəcan siqnalı verildi - VİDEO

43824

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilir.

Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən bölmələr təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutur.

Yarışın tələblərinə uyğun olaraq müəyyən olunmuş vaxt çərçivəsində artilleriya qurğuları atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO