Millət vəkili Fazil Mustafa şəhidlərin bacı və qardaşlarına ev, yaxud müavinət verilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu fikri o, Milli Məclisin bu gün keçirilən iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI
“Çox az sayda şəhidlərin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi”.
Deputat bildirib ki, şəhidlərin bacı və qardaşlarına ev, yaxud müavinət verilmir:
“Onların bacı-qardaşlarının da taleyini düşünərək bu humanist addımı atmalıyıq”.
Vüsalə Balayeva, Bizim.Media