Bu ilin 9 ayı ərzində Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub.
Bizim.Media xəbər verir ki, gəlirlərin 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Hesabat dövrü ərzində mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 1340,6 min olub. Gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:17 / 28.10.2021
Mehmanxanalarda gecələyənlərin sayı artıb – Bakı və Xaçmaz liderdi
Hazırda oxunan: Mehmanxanalarda gecələyənlərin sayı artıb – Bakı və Xaçmaz liderdi
Hazırda oxunan: Mehmanxanalarda gecələyənlərin sayı artıb – Bakı və Xaçmaz liderdi
0:00
0:00
43704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.