Paytaxın 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.
Bizim.Media xəbər verir ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
MÖVZU İLƏ BAĞLI:
III qrup üzrə coğrafiya fənnindən imtahan ayrı keçiriləcək
Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.
Bizim.Media