Azərbaycan yaxın vaxtlarda yeni hərbi təyyarələr alacaq

Azərbaycan yaxın vaxtlarda yeni hərbi təyyarələr alacaq

Hazırda oxunan: Azərbaycan yaxın vaxtlarda yeni hərbi təyyarələr alacaq

43680

Azərbaycan yaxın vaxtlarda Rusiyanın MiQ və Su qırıcı təyyarələrini ala bilər.

Bizim.Media xəbər verir ki, bu informasiyanı hərbi ekspert Aqil Rüstəmzadə yayıb.

O, MiQ-35-i Rusiya qırıcıları arasında Azərbaycan üçün ən effektiv hesab edir. Bununla belə, Su-57-ni də nəzərdən keçirmək olar.

“Hər hansı hərbi təyyarənin Azərbaycana satışı ilə bağlı Rusiyanın heç bir problem olmayacaq, çünki rəsmi Bakı ənənəvi olaraq Moskvadan silah və texnika alan ölkələrdən biridir”, - deyə o, “AzeSputnik”ə müsahibəsində bildirib.

Xatırladaq ki, MiQ-29 dördüncü nəsil çoxməqsədli səsdən sürətli qırıcıdır. Azərbaycan Hərbi Hava Qüvvələrində 11 MiQ-29 və 3 MiQ-29UB təyyarələri var.

MiQ-35 isə MiQ-29M/M2 və MiQ-29K/KUB döyüş təyyarələrinin daha modern növüdür. Su-57 ağır Su-27-ni əvəz etmək üçün nəzərdə tutulmuş beşinci nəsil çoxfunksiyalı qırıcıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO