3 ilin gəlini niyə ölüb? - Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO

3 ilin gəlini niyə ölüb? - Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO

Hazırda oxunan: 3 ilin gəlini niyə ölüb? - Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO

43316

Biləsuvar rayonu Çaylı kəndində müəmmalı ölümün təfərrüatları bəlli olub. 1 uşaq anası olan Aytac Astanovanın atası qızının qayınatası tərəfindən öldürüldüyünü iddia edib.

Bizim.Media xəbər verir ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Cinayətin izi ilə" verilişi hadisənin baş verdiyi kəndə yollanıb.

Aytacın atası Dilavər Astanov iddia edib ki, qızını qayınatası öldürüb yaxud da ölüm həddinə çatdırıb. Bu iddia mərhumənin doğmaları tərəfindən də səsləndirilib.

Daha sonra Aytacın qayınanası və qayınatası baş verənlərə aydınlıq gətirib. Qayınana Həlimə xanım Aytacın ağıllı gəlin olduğunu, heç bir problemlərinin yaşanmadığını qeyd edib:

"Aytac yaxşı gəlin idi. Yoldaşı Rusiyada yaşayırdı. İstəyirdi ki, o da Rusiyaya getsin. Oğlum söz vermişdi ki, aparacaq. Hər nə istəyirdi, alıb verirdik. O zaman yaxşı qayınana-qayınata idik, bir balaca acı söz işlədəndə pis olduq?".

Qayınatası İbrahim bəy isə gəlini ilə söz-söhbətinin heç vaxt yaşanmadığını, Aytacın özü-özünü öldürdüyünü qeyd edib.

Qeyd edək ki, Aytacın 2 yaşında Hüseyn adlı oğlu var. Çəkiliş zamanı nəvəsini görməyən Dilavər bəyi də teleaparıcı nəvəsi ilə görüşdürüb. Dilavər bəy rayon hüquq mühafizə orqanlarının onunla maraqlanmadığını da qeyd edib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO