Bakıda avtomobillərdən oğurluq edən şəxs tutuldu - VİDEO 

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutuldu - VİDEO 

Hazırda oxunan: Bakıda avtomobillərdən oğurluq edən şəxs tutuldu - VİDEO 

43120

Bakıda oğurluq edən şəxs tutulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.  


Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsuinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə məhkum olunmuş Nurlan Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun Nərimanov rayonu ərazisində müxtəlif markalı 8 avtomobilin salonundan maqnitafonlar, pul və digər əşyalar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub. 

Qeyd edək ki, Nurlan Hüseynov oğurluğa gedən zaman həmin ərazilərdə quraşdırılan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO