“Naxçıvan şəhidləri” kitabının təqdimatı oldu - FOTO

“Naxçıvan şəhidləri” kitabının təqdimatı oldu - FOTO

Hazırda oxunan: “Naxçıvan şəhidləri” kitabının təqdimatı oldu - FOTO

42894

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Naxçıvan şəhidləri” kitabının birinci hissəsinin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təqdimat mərasimində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəhidlərin Naxçıvan Muxtar Respublikasından gələn ailə üzvləri, döyüşçü yoldaşları, dostları, deputatlar, din xadimləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
 

Tədbirdə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarımızın şanlı döyüş yolunu əks etdirən “Naxçıvan şəhidləri” kitabının növbəti hissələrinin də çap olunacağı qeyd edilib.


Çıxış edənlər ötən il 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, Azərbaycan Ordusunun peşəkar döyüş bacarığından, igid, mərd oğullarımızın keçdiyi şanlı döyüş yollarından, tarix yazan şəhidlərimizin adlarının, xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağından danışıblar.

Sonra şəhid valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, övladlarının adının daima uca tutulduğuna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə “Naxçıvan şəhidləri” kitabı təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO