Hüquq müdafiəçisi Vidadi isgəndərli bir neçə gün öncə Moderator.az-a açıqlamasında ayrı-seçkiliklə üzləşdiklərini iddia edən Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərova cavab verib:
“Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov Milli Şuranı, o cümlədən Hacıbaba Əzimovu və Cəmil Həsənlini separatizmdə,milliyətçilikdə ittiham etməsi hesab edirəm ki,səhv fikirdi. Əgər doğrudan da Mehdibəy Səfərovun bu barədə əlində hər-hansı bir fakt varsa,qoy açıqlasın.Əğər Cəmil Həsənli və cənab Əzimov türkçülükdən danışırsa bunu separatizmi yaymaq kimi yozmaq doğru deyil.Əgər MŞ- da belə hal olsaydı dəyərli ziyalımız Eldəniz Quliyev o təşkilatda nüfüzlu şəxs hesab edilməzdi.Ən dəhşətlisi odurki,Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşları-talışlar,ləzgilər,tatlar, kürdlər və digər xalqlar öz milli mənsübiyyətlərini fəxrlə çəkirlər.Nədənsə əhalinin 90% təşkil edən azəri-türkləri milli mənsubiyyətlərini deyən kimi,.digər yerli xalqlar buna qısqanclıqla yanaşırlar və bunu milliyətçilik kimi qəbul edirlər.Azərbaycan bütün dünyada tolerant bir dövlət kimi qəbul olunur.Bu danılmaz faktdır.Əksinə, Azərbaycanda digər millətlərə baxanda türklər siyasi repressiyaya daha çox uğrayır. Ancaq digər xalqların nümayəndəsi qanunsuz həbs ediləndə bunu həmin xalqların nümayəndələri millətlərinə qarşı repressiya kimi qəbul edirlər.Heç kimə sirr deyil ki,Şimal qonşularımız Azərbaycanın şimalında zaman-zaman milli münaqişə ocağı yaratmaq istəyirlər(Məhz bu məqsədlə Sadval hərakatı yaradılıb) Cənub qonşularımız isə Azərbaycanın Cənubunda milli münaqışə yaratmaq əzmindədirlər.(1993-cü ildə Ələkrəm Hümbətov hərakatı-Talış -Müğan Respublikasının elan edilməsı).30 noyabr2013 ildə Ziya Məmmədovun siyasi sifarişi ilə Göyçayda 15 gün qanunsuz həbs ediləndə,RPİ -nin kamerasında İsmayıllı rayonunun Sumağallı kəndindən həbs olunan milliyətçə ləzgilər var idi.Söhbət əsnasında onlar mənə dedilər ki,Dağıstanda onlara bir xəritə göstərdilər,o xəritəyə əsasən Azərbaycanın yarısı Ləzgistan Dövləti kimi qeyd edilib.Mən 15 gün bu savadsız adamlara bu barədə bilgi verdim.Yəni Azərbaycan dövlətinin geosiyasi baxımdan bəxti gətirməyib.Şimalda,Cənubda,Qərbdə yerləşən dövlətlərin Azərbaycanda milli zəmində münaqişə salmaq,dövlətimizi zəiflədib parçalamaq məqsədi güdürlər. Bu danılmaz faktdır.Ancaq biz də unutmamalıyıq ki,Azərbaycanda yaşayan milli azlıqlar bu dövlətin degər millətləri kimi bütün hüquqlu tərkib hissəsidir.
Əksinə, mən deyərdim ki,Azərbaycanın cənubunda son zamanlar separatizm güclənib. (Bunu siyasətçilər siyasi baxımdan dilə gətirməyə çəsarət etmirlər).Ancaq bu kiçik bir toplumdu.Ümümiyyətlə isə talış xalqının ziyalı təbəqəsi doğrudan da Azərbaycanda demokratik bir cəmiyyət qurulması uğrunda mübarizədə fəal iştirak edirlər.Müxalifətdə demokratiya uğrunda mübarizə aparan minlərlə talışlar,ləzgilər,kürdlər,tatlar və s. millətlər var. Ancaq nə müxalifət, nə də İqtidar imkan verməməlidir ki,demokratiya adı altında faktiki separatizimlə məşğul olunsun. Respublikanın cənubunda da,şimalında da. Demokratik və hüquqi Dövlətlərdə əsas prinsip - Qanunun aliliyidir.Demokratiya hərcli-mərclik demək deyil.Demokratiya xalqın hakimiyyəti,qanunun aliliyi deməkdir.Qanun qarşısında isə hamı eyni hüquqlu olmalıdır.Çox təəssüflər olsun ki,mövcud hakimiyyətdə bu prinsip kökündən pozulur.Əhalinin əksər hissəsi qanunsuluqlarla üzləşsə də,məmurlar,məmur övladları heç bir qanun tanımır və törətdikləri cinayətlərə görə də heç bir cəza almırlar.Belə məmurlar və məmur övladları arasında türklərlə yanaşı,dıgır xalqların nümayəndələri də var. Bu gün Azərbaycanda 100 minlərıə qarışıq ailələr var.Bir sözlə, Azərbaycanda yaşayan bütün millətlər başa düşməlidilər ki, bu dövlət bizimdirvə biz birgə yaşadığımız bu evi hamılıqla qorumalıyıq,tayfaçılığa, separatizmə isə yol verilməsinə imkan verə bilmərik.Evimizi parcalamağa isə hec kimə ,hatta doğma qardaşlarımıza belə imkan verməyəcəyik...
Əlavə olaraq onuda qeyd etmək istəyirəm ki,bir çoxları Əbülfəz Elçibəyi millətçilidə suçlayırdılar.Maraqlısı odur ki,bu millətçi Elçıbəy prezident olanda onun tərəfindən verilən farmanların bir çoxu milli azlıqların mədəniyyətinin,dilinin,dininin inkişaf etdirilməsinə dair idi.Baxmayaraq ki,ölkədə faktiki Qarabağ müharibəsi gedirdi və bunu etmək o dövrün şərtləri daxilində çox riskli idi.”





























































































