İlham Əliyev zəngilanlıların Zəngilana köçürüləcəyi vaxtı AÇIQLADI

İlham Əliyev zəngilanlıların Zəngilana köçürüləcəyi vaxtı AÇIQLADI

Hazırda oxunan: İlham Əliyev zəngilanlıların Zəngilana köçürüləcəyi vaxtı AÇIQLADI

42523

“İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir”


Dövlətimizin başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO