Prezident İlham Əliyev Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərncamda işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir sıra tapşırıqlar verilib.
Bu məqsədlə 4 ay müddətində sözügedən qoruğun Əsasnaməsi və sanitariya-mühafizə zonası müəyyənləşdirib təsdiq edilməli, mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görülməli, həmçinin digər məsələlər həll edilməlidir.
Qeyd edək ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Zəngilan rayonunda yaradılıb. Qoruq Bəsitçayın dərəsində yerləşir.
Burada nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib.
Ermənilər 30 il davam edən işğal zamanı Qoruğun ərazisində böyük ekoloji terror törədiblər.
Bizim.Media