Siz Telegram proqramında istədiyiniz adamı necə tapa bilərsiniz? - QAYDALAR

Siz Telegram proqramında istədiyiniz adamı necə tapa bilərsiniz? - QAYDALAR

Hazırda oxunan: Siz Telegram proqramında istədiyiniz adamı necə tapa bilərsiniz? - QAYDALAR

42508

Son zamanlar digər mesenger proqramlarında yaranan texniki problər insanları daha çox Telegram proqramından istifadə etməyə şərait yaradıb. Digər proqramlarda yeni dostluq siyahısı tərtib etmək, istənilən insana yaza bilmək imkanları var. Bəs, bu işlər Telegramda necə tənzimlənir?

Nəyi bilmək vacibdir?




Telegramın istifadəçilərinin məxfiliyə və şəxsi məlumatlarının qorunmasına diqqət yetirməsi səbəbindən daxili axtarış bəzi məhdudiyyətlərə malikdir. Bu proqram daha çox nömrə siyahınızda qeyd olunmuş əlaqələri, həmçinin iştirak etdiyiniz kanallarda və söhbətlərdə məzmun tapmaq üçün daha uyğundur.

Sosial şəbəkələrdən fərqli olaraq, burada bir insanı tapmaq elə də asan iş deyil. Bu proqramda ən etibarlı isə bir insanı əlaqə nömrəsi ilə axtarmaqdır. Ancaq bu yalnız istifadəçinin qadağan etmədiyi və nömrəni məxfilik parametrlərində gizlətmədiyi təqdirdə mümkündür.




Əgər siz bir insanı digər sosial şəbəkələrdən tanıyırsınızsa, onu ad və soyadla və ya ləqəblə axtarmağa cəhd edə bilərsiniz. Hər iki halda müvəffəqiyyət qazanmaq şansınız azdır, çünki ləqəb dəyişdirilə bilər və informasiyalarda isə əsl ad yazılmaya bilər.

Bunun üçün nə etmək lazımdır?




Telefonunuz və ya kompüterdə, bir kimsəni axtarmaq üçün onun ad, soyadını və ya ləqəbini axtarış hissəsinə əlavə et. Əgər bu prosedurdan sonra siz istədiyiniz insanı  tapa bildinizsə, əvvəl onunla mesajlaşmaya gedib, adının üzərinə tıklayın. Bu zaman ekrana çıxan lövhədə əvvəl “Əlavə et”, daha sonra isə “Təsdiqlə” düyməsini basın.

Telefon nömrəsi ilə bir şəxsi Telegram necə əlavə etmək olar?




Bunun üçün siz "Nömrələr" bölümünə keçib "Əlaqə əlavə et" düyməsini basmalısınız. Daha sonra axtardığınız şəxsin adını və telefon nömrəsini o pəncərəyə daxil edin və OK düyməsini basın. Əgər o insan Telegramdan istifadə edirsə, mesengerdə bu əks olunacaq. Yox əgər şəxs proqramda qeydiyyatdan keçməyibsə, bu barədə siz məlumat görəcəksiniz. Bu zaman siz onu mesengere dəvət edə bilərsiniz.

Bir şəxsi Telegram-a necə dəvət etmək olar?




Tətbiq SMS vasitəsilə Telegramı yükləmək üçün şəxslərə dəvətnamələr göndərir, siz kimisə bu tətbiqi yükləməyə dəvət edirsinzsə, mütləq mobil cihazdan istifadə etməlisiniz.




Bir insanı tətbiqi yükləməyə dəvət etmək üçün əvvəəl “Əlaqələr” bölməsini açıb  yuxarı sağ küncdəki “+” işarəsinə klikləyin. Daha sonra şəxsin nömrə və adını ora əlavə edib və "Yarat" düyməsini basın. Ekrana gələn "Telegrama Dəvət et" düyməsini klikləyib lazım olduqda mesajın mətnini dəyişdirə bilərsiniz. Bundan sonra isə müvafiq düyməni basaraq dəvətnamənizi seçdiyiniz şəxsə yollaya bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO