Azərbaycanda foto müsabiqəsinin qalibləri açıqlandı - ADLAR - FOTO

Azərbaycanda foto müsabiqəsinin qalibləri açıqlandı - ADLAR - FOTO

Hazırda oxunan: Azərbaycanda foto müsabiqəsinin qalibləri açıqlandı - ADLAR - FOTO

42450

20 oktyabr - Azərbaycanda Energetiklər Günü münasibətilə “Azərişıq” ASC Gilavar Foto Klubu ilə birgə “İşıqlı Azərbaycan Fotolarda” adlı foto müsabiqə keçirib.

ASC-dən Bizim.Media-ya bildirilib ki, müsabiqənin əsas məqsədi həvəskar və peşəkar fotoqrafların baxışlarında Azərbaycanın müxtəlif məkanlarının inkişafını işıq mövzusu əsasında təqdim etmək, elektrik işıqları ilə bağlı olan yaradıcı fotoların çəkilməsinə təkan vermək, hər şəhər və rayonumuzun öz gözəlliyini işıq mövzusu altında çəkmək və bu gözəllikləri insanlarımıza tanıtmaq olub.

Müsabiqəyə 42 yerli fotoqraf tərəfindən 146 foto təqdim olunub. Müsabiqədə ən çox bal toplamış 14 müəllif qalib seçilib.

Kərim Abbasov 1-ci yer, Murad Orucov Vüqar İbadov 2-ci yer, Nurlan Tahirli, Səma ZeynalovaAleksandr Firstov 3-cü yer, Mahir Rüstəmli, Tapdıq Abdullayev, Nadejda Cavadova, Roman İsmayılov, Cəlal Firidunov, Araz Talıbov, Ehtiram Cəbiyev İlkin Nəbiyev isə həvəsləndirici mükafata layiq görülüb.

Qaliblər eləcə də, “Azərişıq” ASC və Gilavar Foto Klubu tərəfindən sertifikatlar əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO