Zəhərli göbələyi necə TANIYAQ? – Baş toksikoloqdan AÇIQLAMA

Zəhərli göbələyi necə TANIYAQ? – Baş toksikoloqdan AÇIQLAMA

Hazırda oxunan: Zəhərli göbələyi necə TANIYAQ? – Baş toksikoloqdan AÇIQLAMA

42442

Qaxda ailə üzvləri arasında göbələkdən baş verən zəhərlənmə bu məhsuldan istifadədə bir daha ciddi siqnal oldu.

Zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar? 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Bizim.Media-ya açıqlamasında deyib ki, Qaxda baş verən göbələkdən zəhərlənmə hadisəsi payız mövsümündə ilk qidadan ölüm faktıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Göbələkdən zəhərlənərək ölənlərin sayı 2-yə çatdı


“3 gün əvvəl ailə meşə göbələyi yığıb və yeyiblər. Ona görə də xoşagəlməz faciə yaşanıb. Göbələk mövsümü yeni başlayıb. Marketlərdə satılan göbələklər zəhərsizdir. İnsanlarımız çox rahatlıqla bu göbələkləri istifadə edə bilərlər. Göbələk çox mürəkkəb zülal qida məhsuludur. Sadəcə mədə-bağırsağı həssas olanlar bu məhsulu çox diqqətlə qəbul etməlidirlər. Mədə-bağırsaq traktının xroniki xəstəliklərindən (qastrit, pankreatit, xolesistit və s.) əziyyət çəkən insanlara  ehtiyatlı olmağı tövsiyə edirik”.

Azər Maqsudovun sözlərinə görə göbələyi alan zaman istifadə müddətinə mütləq baxmaq mütləqdir:

“Amma market göbələyi zəhərlənmə vermir. Sadəcə olaraq mədə-bağısağında problemi olanlar düzgün hazırlanmayan, yaxud tarixi keçmiş göbələk qəbul etsələr, onlarda  qida infeksiyası kimi fəsad yarana bilər.  Qalan vaxtlarda ziyanlı deyil və göbələk qida məhsulu kimi çox faydalıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO