Mətbuat katibləri sahəsi üzrə MÜTƏXƏSSİS olmalıdırmı? – “Televiziyalardan gətirilənlər...” 

Mətbuat katibləri sahəsi üzrə MÜTƏXƏSSİS olmalıdırmı? – “Televiziyalardan gətirilənlər...” 

Hazırda oxunan: Mətbuat katibləri sahəsi üzrə MÜTƏXƏSSİS olmalıdırmı? – “Televiziyalardan gətirilənlər...” 

42441

İctimai nəzarəti həyata keçirən əsas vasitə mediadır. Media nümayəndələrinin işi isə ölkədə baş verən ictimai-siyasi hadisələr barədə məlumatlar yayınlamaq, problemli məsələləri işıqlandırmaq, insanların şikayətlərini gün üzünə çıxarmaqdır. Gündəlik məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edən jurnalistlərin işi heç də asan deyil.

Bu yolda onlara informasiya dəstəyi verməli olan mətbuat katiblərinin fəaliyyəti isə qənaətbəxş deyil.

Mənbə rolunun oynanılmasında xüsusi çəkisi olan və informasiya vermək öhdəliyini daşıyan mətbuat xidmətlərinin hamısından məlumat almaq müşkül məsələdir. Bəzi mətbuat katibləri  jurnalistin sualını operativ şəkildə cavablandırmaqdan yayınaraq, həftələr, bəzən aylarla ünvanlanan sorğulara cavabı gecikdirirlər, bəziləri özünü mətbuat xidmətinin üzvü deyil məmur kimi aparır, günlərlə onları tapmaq mümkün olmur, bəziləri isə aidiyyatı vəzifəli şəxslə əlaqələndirmək əvəzinə baş çıxarmadıqları məsələlərdən danışıb, əsas sualdan yayınırlar.
 

Faciə isə odur ki, media cameəsindən çıxıb mətbuat katibi işləyən həmkarlarımız jurnalistlər çətin aşılan baryerə çevrilirlər. 


Qeyd edək ki, son vaxtlar əksər dövlət qurumlarının mətbuat katibliyi vəzifəsinə telekanallarda çalışan jurnalistlər təyin olunur. Təhlillər göstərir ki, əksəriyyəti çalışdıqları qurumun sahəsini nə yetərincə bilirlər, nə də fəaliyyətlərini düzgün istiqamətdə qururlar. Bu isə ictimai nəzarətdə əsas rol sahibi olan jurnalistlərin, eləcə də cəmiyyətin işini çətinləşdirir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan BDU-nun jurnalistika fakültəsinin professoru, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, qurumlara televiziyalardan gətirilən mətbuat katiblərinin işi uzun zaman effektli olmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusdan 14 jurnalist vəfat edib - RƏSMİ


“Son vaxtlar telekanallardan mətbuat katibliyi vəzifəsinə gedənlər çoxdur. Onlar da bu işə həvəslə gedirlər. Çünki əməkhaqqı yüksəkdir və müəyyən güzəştlər alırlar. Amma onların qurumlarda mətbuat katibliyini reallaşdırması heç də onların televiziyadakı niyyətlərinin həyata keçirilməsi deyil. Müəyyən qədər tanınan adamdı, gəlir və həmin müəssisədəki av-havanı öz üzərinə götürür, ora tabe olur. Bir növ onların qabına girdiyi üçün o ölçüləri özündə ifadə edir. Şəxsən mən hansısa televiziya işçisinin hansısa qurumda mətbuat katibi olmasını həmin təşkilat üçün keçici uğur hesab edirəm.
 

Onların populyarlıq və jurnalistlik imici arxa plana keçir. Bir qədər sonra onlarla bağlı olan illüziyalar da səngiyir. Özləri də çox böyük illüziyalar qurmurlar”. 


Qulu Məhərrəmlinin sözlərinə görə biz mətbuat katiblərindən çox şey gözləməli deyilik. Onların əsas funksiyaları yuxarıdan verilən konstruksiyaları reallaşdırmaqdır:

“Yəni mətbuat katibini ona görə təyin etmirlər ki, jurnalistlərin bütün sorğularına cavab versin. Ona görə təyin edirlər ki, şirkəti həm də mətbuatın tənqidlərindən qorusun. Reallıqda belədir”. 

Mətbuat katiblərinin təmsil etdikləri qurumun sahəsi üzrə mütəxəssis olmasına gəlincə, Qulu Məhərrəmli bunu vacib sayıb:
 

“Mətbuat katibinin verilən sualın cavabını və sahəni bilməyi çox vacibdir. Məsələn, son illərdə Xarici İşlər Nazirliyindəki üzdə olan mətbuat katiblərinin davranışı və şəxsiyyətləri buna nümunədir.


Mətbuat katibi o sahənin incəliklərini, problemlərini bilməsə, lazım olan informasiyanı tam dolğunluğu ilə çatdıra bilməyəcək. İstər iqtisadi fəaliyyətlə məşğul olan, istər biznes, humanitar və yaxud digər sahələrin mütəxəsssinin olması çox önəmlidir. Vaxtilə jurnalist işləyib, indi mətbuat katibidirsə, bunun da zərəri yoxdur. Yetər ki, çalışdığı nazirliyin və ya qurumun iş özəlliyini, spesifik xüsusiyyətlərini öyrənsin, bilsin və bütün suallara cavab verməyə hazır olsun. Bunlar olmasa özünü gülünc vəziyyətə sala bilər. Bütün hallarda qurumlara mətbuat katibi o prinsiplə götürülür ki, o, mətbuatı yaxşı tanıyır və şəxsi əlaqələri var”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO