Qaz və işıqdan sonra NƏQLİYYATDA qiymət qalxacaqmı? – Rəsmi qurumlardan CAVAB

Qaz və işıqdan sonra NƏQLİYYATDA qiymət qalxacaqmı? – Rəsmi qurumlardan CAVAB

Hazırda oxunan: Qaz və işıqdan sonra NƏQLİYYATDA qiymət qalxacaqmı? – Rəsmi qurumlardan CAVAB

42134

Xəbər verildiyi kimi iki gün əvvəl Tarif Şurasının qərarı ilə təbii qazın və elektrik enerjisinin qiymətlərində növbəti bahalaşma oldu. Belə ki, noyabrın 1-dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək.

Noyabrın 1-dən isə 1200 kubmetrə görə əhali 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək. Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpik deyil, 25 qəpikdən hesablanacaq. Tarif Şurasının iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair məsələyə də baxılıb.

Belə ki, qeyri-əhali üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik, xidmət və ticarət sahələri üzrə isə 2 qəpik artırılaraq 11 qəpik səviyyəsində müəyyən olunub.

Bəllidir ki, qazın qiymət artımı elektrik enerjisinin də avtomatik bahalaşması ilə nəticələnib. Çünki hazırda elektrik stansiyaların 85 faizi qazla işləyir. Növbəti mərhələdə isə nəqliyyat xərclərinin artması səbəbindən gediş haqqının bahalaşacağı gözlənilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Tarif Şurasından qazla bağlı YENİ QƏRAR – Qiymət artırıldı


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında qurumun Tarif Şurasına bununla bağlı müraciət etmədiyini bildirib:

“Metropolitendə gediş haqqı qiymətlərinin tənzimlənməsi bilirsiz ki, Tarif Şurası tərəfindən müəyyənləşir. Amma “Bakı Metropliteni” öz tərəfindən hələlik Tarif Şurasına qiymətlərin tənzimlənməsi, yenidən baxılması və s. bu kimi məsələlərlə bağlı müraciət ünvanlamayıb”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə müdiri, Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü Nuridə Allahyarovanın sözlərinə görə şəhərlərarası və rayonlararası sərnişindaşımanın tarifləri ilə bağlı Tarif Şurasına konkret təklif verilməyib:
 

“Müraciət olunub olunmayacağı hələlik məlum deyil. Hazırda belə bir təklif yoxdur”, - deyə qurum rəsmisi əlavə edib. 


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə qurum rəhbərliyi ilə məsələni dəqiqləşdirəndən sonra mövqe açıqlayacağını deyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO