Ukraynalı deputat: “Ağdam şəhərində hər tərəf xarabalıqdır”

Ukraynalı deputat: “Ağdam şəhərində hər tərəf xarabalıqdır”

Hazırda oxunan: Ukraynalı deputat: “Ağdam şəhərində hər tərəf xarabalıqdır”

42041

Ağdam şəhərində çox ağır mənzərə ilə qarşılaşdıq. Hər tərəf xarabalıqdır. Burada yalnız səngər və istehkamlar tikilib və minalar basdırılıb. Bu həm də sübut edir ki, burada heç kəs qalıb yaşamaq niyyətində olmayıb. Ona görə Qarabağın Azərbaycanla qovuşması ilk növbədə ədalətin bərpası deməkdir.

Bizim.Media xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Ukrayna Ali Radasının deputatı Valeri Kolyux bildirib.

O, Ağdamın tezliklə yenidən qurulacağına əminliyini ifadə edərək deyib: “Buraya gələn yolda tikinti aparıldığını, inşaat kranlarını gördük.

Bu o deməkdir ki, yaxın zamanda buralar yenidən bərpa ediləcək. Biz Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Tezliklə buraya yenidən gəlmək, bərpa olunmuş məscidləri, yenidən tikilmiş məktəbləri görmək və uşaq səsini eşitmək istəyirik. Ümidvarıq ki, biz buranın xarabalıqdan çiçəklənən gözəl şəhərə çevrilməsi prosesini gözümüzlə görəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO