1918-ci il ermənilərin azərbaycanlılara qarşı soyqırımının canlı nümunəsi olan Quba kütləvi məzarlığında inşa edilmiş Quba Memorial Soyqırım Kompleksinin əməkdaşları Gəncəyə səfər edib.
Bizim.Media xəbər verir ki, ötən ilin bu günü ermənilərin Gəncə terrorunun dəhşətlərini 103 il əvvəlki Quba soyqırımı ilə müqayisə edən, əsrlər keçsə də erməni xislətinin dəyişmədiyini deyən Quba Soyqırım Memorial Kompleksinin əməkdaşı Abutalıb Turabov Gəncə terrorunu erməni vəhşiliyinin daha bir dəhşətli soyqırımı adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Ukraynalı deputatlar Gəncədə dinc insanların həlak olduğu əraziyə baş çəkdilər
Kompleks əməkdaşları burada terror qurbanlarının xatirəsini hörmətlə anıb, bir il əvvəl günahsız insanların qanı tökülmüş əraziyə güllər düzüblər.
Aytəkin Alxaslı, Bizim.Media