Nazir: \

Nazir: \"Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasında qətiyyətliyik\"

Hazırda oxunan: Nazir: \"Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasında qətiyyətliyik\"

4193

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının ölkənin siyasi, iqtisadi, sosial və digər sferalarına yenidən inteqrasiyasında qətiyyətlidir və etnik, dini kimliyindən asılı olmayaraq hər kəs üçün eyni hüquq və azadlıqlarının bərabər və qeyri-diskriminativ şəkildə təmin edilməsinə zəmanəti verir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası münaqişə bölgəsində xalqların sülh içində birgəyaşayışına təminat verir:

“Azərbaycan Respublikasının Konstitusiyası bu baxımdan möhkəm leqal çərçivəni təmin edir. Münaqişə zonasında azərbaycanlı və erməni sakinlərin sülh içində birgəyaşayışı hər birinin təhlükəsizliyinə, etnik və dini kimliyinə hörmət əsasında, Azərbaycanın suvernenliyi və ərazi bütövlüyü çərçivəsində təmin edilməlidir".

"Rekonstruksiya və reabilitasiya mərhələsi olan yeni postkonflikt və sülh içində birgəyaşayışın bərpa edilməsi mərhələsinə daxil olarkən inkişaf və əməkdaşlıq üçün yeni fürsətlər ortaya çıxır".

"Biz öz həmkarlarımızı və tərəfdaşlarımızı yeni ümidverici reallıqdan faydalanmağa və dəyərləndirməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO