Özəl xəstəxanaların test nəticəsi niyə TƏBİB-in portalına salınmır? - Rəsmi CAVAB

Özəl xəstəxanaların test nəticəsi niyə TƏBİB-in portalına salınmır? - Rəsmi CAVAB

Hazırda oxunan: Özəl xəstəxanaların test nəticəsi niyə TƏBİB-in portalına salınmır? - Rəsmi CAVAB

41837

Özəl xəstəxanalarda koronavirusa görə götürülən testlə bağlı növbəti problemlər aktuallaşıb. Ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin demək olar ki, hamısında COVID-ə görə verilən testin nəticələri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sistemində qeydə alınmır. Götürülən COVID testinin nəticəsinin neqativ və ya pozitiv çıxmasından asılı olmayaraq cavabı yalnız vətəndaş bilir.

Nəticəsinin portala düşməsi üçün isə əlavə xərcə düşməlisən. Belə bir hadisə bu günlərdə “Ege" hospitalda yaşanıb. 

50 manat ödəyərək test verən vətəndaşın nəticəsi rəsmi statistikasında öz əksini tapmayıb. Səbəbini soruşduqda məlum olub ki, nəticənin portala düşməsi üçün əlavə 70 manat tələb olunur. 

Özəl xəstəxanalarda götürlən test nümunələrinin rəsmi statistikaya salınmaması və vətəndaşların əlavə xərcə düşməsi ilə bağlı  çoxsaylı şikayətlər son vaxtlar sosial şəbəkələrdə daha çox yer alır. Test cavabının verilməsinin operativliyinə görə özəl xəstəxanalara üz tutan vətəndaşların sözügedən problemlə qarşılaşması, üstəlik ikiqat xərc çəkmələri ciddi narazılıq yaradıb. Qlobal problemlə bağlı bu qədər incidildiklərini anlamayan insanlar bu məsələdə də çarəsiz qalıblar. 

Məsələ ilə bağlı TƏBİB Bizim.Media-nın sorğusunu cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yoluxanların sayı yenidən artdı - GÜNLÜK STATİSTİKA


Qurumdan bildirilib ki, testin nəticəsinin portalda yer alması onun özəl və ya dövlət xəstəxanasında verilməyindən yox, testin üsulundan asıldır:

“Portala yalnız PZR testlərinin nəticəsi salınır. Bəzi hallarda özəl klinikalar vətəndaşlara nəticəsi tez hazır olan antigen express testi edirlər. Bu test pozitiv çıxdıqdan sonra pasiyentlərə PZR testi təklif edilir. Əlavə pulun istənilməsi də bununla əlaqədardır”.

TƏBİB-dən o da qeyd olunub ki, hansı özəl xəstəxanadan portala girişə icazə yoxdursa, Səhiyyə Nazirliyinə müraciət edilməlidir: 

“Çünki heç bir özəl müəssisə ilə bağlı qərarın qəbul edilməsi TƏBİB-in səlahiyyətində deyil”.

Məsələ ilə bağlı hələki Səhiyyə Nazirliyindən cavab ala bilmədik. Mövzunu diqqətdə saxlayacağıq.  


Qeyd edək ki, testlər həm qan analizi, həm də yaxma nümunəsi götürülmklə həyata keçirilir. Bunun üçün bəzi özəl xəstəxanaların laboratoriyalarına TƏBİB tərəfindən xüsusi aparatlar quraşdırılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO